Nokia 3710 fold - Nokia Map Loader

background image

Nokia Map Loader
Nokia Map Loader proqramı ilə siz xəritələri və səs təlimatı fayllarını İnternetdən

yükləyə bilərsiniz. Cihazınızda kifayət qədər yaddaşa malik olan yaddaş kartı olmalıdır.

Nokia Map Loader-dən istifadə etməzdən əvvəl siz ən azı Xəritələr proqramından bir

dəfə istifadə etməli və xəritələrə baxmalısınız, çünki xəritələrin hansı versiyasını

yükləmək üçün Nokia Map Loader Xəritələr tarixçəsinin məlumatından istifadə edir.
Nokia Map Loader proqramını quraşdırmaq üçün www.nokia.com/maps saytına baxın

və təlimatlara əməl edin.

Nokia Map Loader ilə xəritələri yükləmək

1 Cihazınızı kompyuterinizə USB məlumat kabeli yaxud Bluetooth bağlantısı

vasitəsilə qoşun. Əgər siz məlumat kabelindən istifadə edirsinizsə, USB bağlantı

metodu kimi PC Suite seçin.

2 Nokia Map Loader-i kompyuterdə açın.
3 Kontinentı və ölkəni yaxud regionu seçin.
4 Xəritələri yaxud xidmətləri seçin və onları yükləyərək cihazınızda quraşdırın.

Nokia Map Loader-in Service (Xidmət) tabında siz naviqasiya və yol hərəkəti məlumatı

üzrə lisenziyaları, səyahət kitabçalarını əldə edə və xəritələri yükləyə bilərsiniz.