Nokia 3710 fold - Xəritələr

background image

Xəritələr

Xəritələr ilə siz müxtəlif şəhər və ölkələrin xəritələrini nəzərdən keçirə, maraqlandığınız

ünvan və nöqtələri axtara, bir yerdən digərinə marşrutu planlaşdıra, GPS bağlantısına

malik olduğunuz halda cari yerinizə baxa və yerləri yer nişanları kimi saxlaya və onları

müvafiq cihazlara göndərə bilərsiniz. Siz həmçinin səs təlimatı ilə naviqasiya xidməti

üçün lisenziyanı əldə edə bilərsiniz. Bu xidmət bəzi ölkə ya regionlarda mövcud deyil.

Xəritələr haqqında
Əgər cihazınızda yaxud yaddaş kartında xəritələr mövcuddursa, siz onları İnternet

bağlantısı olmadan nəzərdən keçirə bilərsiniz. Cihazınıza artıq yüklənmiş xəritələrdə

əhatə olunmayan əraziyə baxdığınız zaman həmin ərazi üçün xəritə avtomatik olaraq

İnternetdən yüklənilir. Sizdən İnternet bağlantısı ilə istifadə ediləcək giriş nöqtəsini

seçmək xahiş oluna bilər.
Xəritələrin yükləməsi zamanı xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə

məlumat ötürülməsi ola bilər. Məlumat göndərmə qiymətləri ilə bağlı məlumat almaq

üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Xəritələri cihazınıza yükləmək üçün siz həmçinin Nokia Map Loader PC proqramından

istifadə edə bilərsiniz. Uyğun olan kompyuterdə Nokia Map Loader proqramını

yükləmək üçün www.nokia.com/maps baxın.

Menyu

>

Proqramlar

>

Xəritələr

və aşağıdakılardan seçin:

Sonuncu xəritə — Ən son göstərilmiş xəritəni açın.
Ünvanı tap — Müəyyən bir ünvanı axtarın.
Saxlanılan yerl. — Cihazınızda saxladığınız yeri axtarın.
Son yerlər — Nəzərdən keçirdiyiniz yerlərə baxın.
Hazırki mövqeyi — GPS bağlantısı mövcuddursa, cari yerinizə baxın.
Marşr. planlaş. — Marşrutu planlaşdırın.
Əlavə xidmətlər — Naviqasiya üçün lisenziyanı əldə edin.
Parametrlər — Parametrləri müəyyən edin.

52