
Giriş kodları
Cihazınızı giriş kodları və təhlükəsizlik parametrlərindən necə istifadə etdiyini qurmaq
üçün
Menyu
>
Parametrlər
və
Təhlükə/-sizlik
>
Giriş kodları
seçin.
•
Təhlükəsizlik kodu sizin cihazınızı icazəsiz istifadədən mühafizə etməkdə kömək
edir. Əvvəlcədən qurulmuş kod 12345. Siz kodu dəyişdirə və cihazı kodu tələb
etməsi üçün qura bilərsiniz. Bəzi əməliyyatlar parametrlərdən asılı olmayaraq
təhlükəsizlik kodunu tələb edir, məsələn, əgər siz istehsalçı parametrlərini bərpa
etmək istəyirsinizsə. Kodu gizli və cihazınızdan ayrı bir təhlükəsiz yerdə saxlayın.
Kodu yadınızdan çıxartsanız və cihazınız blokirovkaya düşərsə, cihazınıza texniki
12
Sİşəsalma

xidmət lazım olacaq və əlavə haqq tətbiq oluna bilər. Ətraflı məlumat üçün Nokia
Care nöqtəsinə yaxud cihazınızın dilerinə müraciət edin.
•
SIM kartı ilə təchiz edilmiş PIN kodu kartın icazəsiz istifadəsinin qarşısını almaqda
kömək edir.
•
Bəzi SIM kartlarla təchiz edilən PIN2 kodu müəyyən xidmətlərə giriş əldə etmək
üçün tələb olunur.
•
PUK və PUK2 kodları SIM kartla birgə təchiz oluna bilər. Əgər siz PIN kodu
ardıcıllıqla üç dəfə yanlış daxil etsəniz, sizdən PUK kod tələb olunacaq. Əgər kodlar
təmin olunmayıblarsa, xidmət təminatçınızla əlaqə saxlayın.
•
Qadağa parolu gələn və edilən zənglərə qadağa qoymaq üçün (şəbəkə xidməti)
zəngə qadağa qoyulması xidmətindən istifadə edərkən tələb olunur.
•
Brauzer üçün təhlükəsizlik modulu parametrlərini nəzərdən keçirmək və ya
dəyişdirmək üçün
Menyu
>
Parametrlər
və
Təhlükə/-sizlik
>
Təhlükəsizl. modulu
seçin.