Nokia 3710 fold - Cihazınızı qoruyun

background image

Cihazınızı qoruyun
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin

əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb

ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər

cihazın tam qurumasını təmin edin.

Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri və elektron komponentləri zədələnə

bilər.

Cihazı yüksək və ya soyuq temperaturda saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısalda,

batareyaları zədələyə və müəyyən plastik hissələri əyə və ya əridə bilər. Cihaz soyuq temperaturdan normal temperatura

qayıtdıqda cihazın içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.

Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.

Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika

elementlərini qıra bilər.

Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə

etməyin. Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.

62

Məhsul və təhlükəsizlik üzrə məlumat

background image

Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.

Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların

və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların

pozulmasına səbəb ola bilər.

Batareyanı bağlı otaqda doldurun.

Saxlamaq istədiyiniz kontaktlar və təqvim qeydləri kimi məlumatın ehtiyat nüsxəsini çıxarın.

Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, adapterə və ya hər hansı aksessuara şamil

edilir.