Hava üzərində proqram təminatının yenilənməsi
Sizin xidmət təminatçınız cihazın proqram təminatının yeniləmələrini hava üzərində
birbaşa cihaza göndərə bilər (şəbəkə xidməti). Bu opsiya sizin qurğunuzdan asılı
olaraq mövcud olmaya bilər.
Proqram yeniliklərinin yüklənməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb ola
bilər (şəbəkə xidməti).
Batareyanın kifayət qədər dolu olduğuna əmin olun və ya yeniləməyə başlamazdan
əvvəl adapteri qoşun.
Xəbərdarlıq:
Əgər siz proqram təminatının yeniləməsini quraşdırırsınızsa quraşdırma tamam
olduğuna qədər və cihaz təkrar işə salınan qədər siz cihazdan hətta fövqəladə zənglər
üçün istifadə edə bilməzsiniz. Yeniləmənin quraşdırmasını qəbul etməzdən əvvəl
məlumatınızın rezerv nüsxəsini mütləq çıxarın.
Proqram təminatının yeniləməsini tələb etmək
1 Xidmət təminatçınızdan mövcud proqram təminatının yeniləmələrini tələb etmək
üçün
Menyu
>
Parametrlər
və
Telefon
>
Telefon yenilikləri
seçin.
2 Cari proqram təminatının versiyasına baxmaq və yeniləmənin tələb olunub-
olunmadığını yoxlamaq üçün
Cari proqr. detalları
seçin.
3 Proqram təminatının yeniləməsini yükləmək və qurmaq üçün
Tel. proq-nı yüklə
seçin. Göstərişlərə əməl edin.
4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa, quraşdırmaya başlamaq üçün
Proq. yeniləm. qur
seçin.
Proqram təminatının yenilənməsi bir neçə dəqiqə çəkə bilər. Əgər quraşdırma ilə
problemlər varsa, xidmət təminatçınızla əlaqə saxlayın.