Dəstək və yeniləmələr
Nokia sizə cihazınızdan ən səmərəli şəkildə istifadə etmək üçün bir çox şəkildə kömək
edir.
Dəstək
Öz məhsulunuzun necə istifadə edilməsi barədə daha ətraflı məlumatı və ya
cihazınızın necə işləməsi barədə tərəddüd etdiyiniz halda istifadəçi təlimatına və ya
bizim dəstək veb-saytlarımıza www.nokia.com/support yaxud öz yerli Nokia veb-
saytınıza www.nokia.mobi/support müraciət edə bilərsiniz.
Əgər bunun köməyi ilə məsələ həll olunmasa, bu halda aşağıdakılardan birini edin:
Dəstək və yeniləmələr
17
•
Cihazı söndürüb yandırın: cihazı söndürün və batareyanı çıxardın. Təxminən bir
dəqiqədən sonra batareyanı yerinə qoyun və cihazı işə salın.
•
Orijinal istehlakçı parametrlərini istifadəçi təlimatında göstərildiyi kimi bərpa edin.
•
Cihazınızın optimal işləməsi və mümkün olan yeni funksiyala malik olması üçün
onun proqram təminatını istifadəçi təlimatında göstərildiyi kimi mütamadi olaraq
yeniləşdirin.
Əgər məsələniz həll olunmazsa, bu halda təmir üçün Nokia-ya müraciət edin. Aşağıda
göstərilən veb-saytlara baxın www.nokia.com/repair. Cihazınızı təmirə göndərməzdən
qabaq həmişə cihazınızda olan məlumatın rezerv nüsxəsini çıxarın.