Nokia 3710 fold - Yaddaş kartının daxiledilməsi və cıxardılması

background image

Yaddaş kartının daxiledilməsi və cıxardılması

Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları

istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə

edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan

yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda

saxlanılan məlumat pozula bilər.
Sizin cihazınız 8 GB qədər yaddaşa malik olan microSD kartlarını dəstəkləyir. Tək

faylın ölçüsü 2 GB-dan artıq olmamalıdır.

Yaddaş kartının daxiledilməsi

1 Cihazı söndürün və arxa qapağı və batareyanı çıxarın.

8

Cihazın işə salınması

background image

2 Kilidi açmaq üçün yaddaş kartı qısqacını içəri sürüşdürün.
3 Kart qısqacını açın və kontakt yerləri içəriyə doğru olmaqla yaddaş kartını qısqaca

yerləşdirin.

4 Kart qısqacını bağlayın və kilidləmək üçün onu sürüşdürün.
5 Batareyanı və arxa qapağı yerinə taxın.

Yaddaş kartının çıxardılması

1 Arxa qapağı və batareyanı çıxardın.
2 Yaddaş kartının qısqacını açın və yaddaş kartını çıxarın. Yaddaş kartının qısqacını

bağlayın.

3 Batareyanı və arxa qapağı yerinə taxın.