
SIM kart və batareyanın daxiledilməsi
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı
həmişə verilən üzlüklə saxlayın və istifadə edin.
SIM kart və onun kontaktları asanlıqla çızıqlar və ya əyilmə nəticəsində zədələnə bilər,
bu baxımdan, kartı daxil, toxunan və ya çıxaran zaman ehtiyyatlı olun.
1 Arxa qapağı açıb onu çıxardın.
6
Cihazın işə salınması

2 Batareyanı çıxarın.
3 SIM kart qısqacını açın. SIM kartı kəsilmiş küncü üzü aşağı və kontakt səthinin
cihazın kontaktlarına üzbəüz vəziyyətdə qısqaca daxil edin. Kəsilmiş künc ilə tərəf
cihazın qırağının aşağısına uyğun gəlir. SIM kart saxlayıcısını bağlayın.
4 Batareya kontaktlarını bir xətt üzrə yerləşdirin və batareyanı taxın.
Cihazın işə salınması
7

5 Batareya örtüyünü cihazın üzərinə belə yerləşdirin ki, örtüyün yuxarı hissəsindəki
qarmaqlar cihazın müvafiq oyuqları ilə bir sırada olsun. Arxa qapağı bağlamaq
üçün onu sürüşdürün.