Batareyanın doldurulması
Batareya istehsalçı tərəfindən artıq qismən doldurulmuşdur. Cihaz aşağı yükləəmə
dərəcəsini göstərirsə, aşağıdakını edin:
1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
2 Adapteri cihaza qoşun.
3 Cihaz tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar rozetkasından
ayırın.
Siz batareyanı həmçinin kompyuter enerjisilə USB kabelindən istifadə edərək doldura
bilərsiniz.
1 USB kabelini kompyuterin USB portuna və cihazınıza qoşun.
2 Batareya tam dolduqda USB kabelini ayırın.
Əgər batareya tamamilə boşalıbsa, USB ilə doldurulma işləyə bilməz. Əvəzində
adapterdən istifadə edin.
Batareyanı müəyyən müddət ərzində yükləməyə ehtiyac yoxdur və siz cihazdan
yükləndiyi zaman istifadə edə bilərsiniz. Batareya tam boşaldıqda, yükləmə
indikatorunun ekranda peyda olunduğuna yaxud zənglərin edilməsindən əvvəl bir neçə
dəqiqə tələb oluna bilər.
Cihazın radioya dinlədiyiniz zaman doldurulması qəbulun keyfiyyətinə təsir edə bilər.
Cihazın işə salınması
9