
Brauzer təhlükəsizliyi
Bank əməliyyatları və ya şəbəkə daxilində alış-veriş kimi müəyyən xidmətlər üçün
təhlükəsizlik xüsusiyyətləri tələb oluna bilərlər. Bu növ qoşulmalar üçün sizə
təhlükəsizlik sertifikatları və, ola bilsin ki, SIM kartınızda mövcud olan təhlükəsizlik
modulu tələb oluna bilər. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik modulu parametrlərinə baxmaq və ya onları dəyişmək üçün və ya
cihazınıza yüklənmiş icazələr və ya istifadəçi sertifikatlarına baxmaq üçün
Menyu
>
Parametrlər
və
Təhlükə/-sizlik
>
Təhlükəsizl. modulu
,
İcazə sertifikatları
yaxud
İstif.
sertifikatları
seçin.
50
Əyləncə

Mühüm: Sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə və proqramların
yüklənməsində yaranan riskləri əhəmiyyətli dərəcədə azaltmasına baxmayaraq, bu
sertifikatlar təkmilləşdirilmiş təhlükəsizlikdən daha çox faydalanmaq üçün düzgün
istifadə edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı təmin etmir;
sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik üçün düzgün,
orijinal və ye etibarlı sertifikatlar olmalıdır. Sertifikatlar məhdud istifadə müddətinə
malikdir. Əgər sertifikatınız qüvvədə olduğu zaman "Sertifikatın vaxtı keçib və ya
Sertifikat qüvvədə deyil" ifadələri göstərilirsə, cihazınızda qurulmuş tarixin və vaxtın
düzgün olmasını yoxlayın.
Sertifikat parametrlərini dəyişdirməzdən əvvəl siz əmin olmalısınız ki, siz həqiqətən
sertifikatın sahibinə etibar edirsiniz və sertifikat həqiqətən siyahıda olan sahibə
məxsusdur.